XXI əsrdə ən çox penalti şansını boşa verən oyunçuların adları bəlli olub.
Fanat.Az xəbər verir ki, "Transfermarkt" portalı topu 11 metrlik məsafədən tora qovuşdurmağa çətinlik çəkənlərin siyahısını hazırlayıb.
İlk pillədə argentinalı ulduz Lionel Messi qərarlaşıb. "Barelona"nın kapitanı 27 dəfə penaltidən qol vurmaq şansını boşa verib. Messinin rəqibi Kriştianu Ronaldu da ondan geri qalmır. Portuqaliya millisinin və "Yuventus"un 35 yaşlı hücumçusu da 27 dəfə hədəfdən yayınıb. 4-5-ci yerlərdə hərəyə 19 qeyri-dəqiq "atəş"lə "Roma"nın əfsanəvi veteranı Françesko Totti ilə "Milan"ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç mövqe tutub. "Beşliy"i Antonio Di Natale qapayır. Daha çox "Udineze"dəki çıxışıyla yadda qalan İtaliya millisinin sabiq foevardı 15 belə imkanı əldən verib.
Fanat.Az