"Real" bu qış bir neçə oyunçu almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı RTVE yayıb.
Mənbə madridlilərin əsas hədəfinin Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand olduğunu vurğulayıb. İspaniya nəhəngi qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır. Tərəflər gənc norveçli ilə bağlı razılığa gələcəyi halda, paytaxt təmsilçisi Luka Yoviçi də Almaniya klubuna 2 illik icarəyə verə bilər.
"Renn"in hücumçusu Eduardo Kamavinqanı 50 milyon avroya almaq da ciddi hədəf statusu daşıyır. Mənbəyə inansaq, "Real" Eduardonu da rənglərinə bağlamaq yönündə səylərini davam etdirir və artıq klub rəsmiləri oyunçunun şəxsi razılığını alıb.
Fanat.Az