"Barselona"nın superulduzu Lionel Messi son 10 ildə cərimə zərbəsindən Avropanın aparıcı klublarından daha çox qol vurub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, argentinalı 33 dəfə "duran top"u tora qovuşdurub.
İkinci yerdə "Yuventus"un bütün heyəti qərarlaşıb - 31 qol. "Real"ın oyunçuları 26 belə uğura sevinibsə, "Roma" cərimə zərbələrindən sonra 24 dəfə qol sevinci yaşayıb.
Fanat.Az