Türkiyə Super Liqasında çıxış edən "Göztepe" komandasının üç üzvündə koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, iki futbolçu və bir məşqçinin testi müsbət nəticələnib.
Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.