Türkiyənin "Antalyaspor” klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, kollektivindən götürülmüş yeni koronavirus testlərindən dördü pozitiv çıxıb. Onlardan üçü futbolçu, bir nəfər isə klub işçisidir. Evlərində karantinə alınan şəxslərin müalicəsinə başlanılıb.
Qeyd edək ki, "Antalyaspor”da əvvəlki günlərdə də bir neçə yoluxma faktı qeydə alınmışdı.