PSJ-nin ulduzu Neymar "Barselona"dan əl çəkmir.
Fanat.Az xəbər verir ki, 2016-cı ildə müqavilə yenilədiyinə görə Kataloniya təmsilçisini məhkəməyə verən və 43,6 milyon avro bonus istəyən hücumçu məğlubiyyəti ilə barışmır. Həmin vaxt "Barselona"nın xeyrinə qərar çıxaran məhkəmə braziyalının özünü kluba 6,7 milyon avro ödəməyə məcbur etsə də, "sambaçı" inadından dönmür.
İspaniyanın "Marca" (Marka) nəşri braziliyalının vəkillərinin artıq apellyasiya şikayəti verdiyini və "Barselona"dan həmin bonusları tələb etdiyi barədə informasiya yayıb.
Fanat.Az