"Rubin"in sabiq kapitanı Sergey Xarlamov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rost" adlı maliyyə piramidası vasitəsi ilə 3500-dən çox insanın pullarını mənimsəyən qruplaşmanın üzvü cəzasını ümumi rejimli həbsxanada çəkəcək.
2013-cü ildə yaradılan və Rusiyada 40 filialı olan saxta kredit təşkilatının aparıcı üzvlərindən sayılan 47 yaşlı Xarlamov 2015-ci ildə saxlanılıb. Bir il ev dustağı olan veteran futbolçu bu günə - məhkəmə yeni qərar çıxaranadək 2016-cı ilin fevralından köçürüldüyü təcridxanada saxlanılırdı.
Qeyd edək ki, Xarlamov 1990-1993 və 1997-2004-cü illərdə "Rubin"də çıxış edib. O, karyerasını kapitanı olduğu Tatarıstan klubunda bitirib.
Fanat.Az