"Liverpul" çoxsaylı zədələr üzündən müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, mersisaydlıların heyətə qatmaq istədiyi oyunçulardan biri də "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulosdur.
"Topçular"ın baş məşqçisi Yürgen Klopp 32 yaşlı yunana zədəli müdafiəçilərin - Vircil van Deykin və Co Qomesin əvəzləyicisi gözüylə baxır.
Bu mövsüm "Arsenal"ın heyətinə düşməyən Papastatopulosun "qırmızılar"a havayı başa gələcəyi bildirilir.
Fanat.Az