İslandiya yığmasının 63 yaşlı baş məşqçisi Erik Hamren postunu tərk edib.
Fanat.Az xəbər verir ki, isveçli mütəxəssis bu qərarını AÇ-2020-yə vəsiqə şansını əldən vermələri ilə əlaqələndirib:
"Bu, mənim qərarımdır. Ümid edirəm ki, islandlar dünya çempionatına vəsiqə qazana biləcəklər. Amma bunu mənsiz edəcəklər”.
Qeyd edək ki, İslandiya yığması AÇ-2020-yə son dörd vəsiqə uğrunda pley-off oyununda Macarıstana 1:2 hesabıyla uduzub.
Erik Hamren 2018-ci ildən İslandiya yığmasına rəhbərlik edirdi.
Fanat.Az