FIFA "Liverpul"a 2 milyon funt-sterlinq (təxminən 4 milyon 462 min manat) məbləğində kompensasiya ödəyəcək.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsidi. 23 yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FIFA Qomesə kompensasiya ödəməyə razılaşıb.
Qeyd edək ki, bunadək "Liverpul"da daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb.