"Liverpul" zədə sindromundan qurtula bilmir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, xüsusilə, müdafiə xəttində çox ciddi problemlər yaşayan mersisaydlıların daha bir arxa xətt oyunçusu sıradan çıxıb.
Bu, omba zədəsi üzündən İngiltərənin U-21 millisinin heyətindən kənarlaşdırılan Ris Uilyamsdır. Komandanın baş məşqçisi Yürgen Klopp 19 yaşlı Uilyamsın zədəsinin ciddi olmayacağına ümid edir.
Fanat.Az