"Barselona"nın prezidenti postuna əsas namizədlərdən olan Viktor Font "Cadena Cope"yə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavini geri qaytarmağın əsas hədəf olduğunu bildirib:
"Yalnız nəticə barədə düşünməməyin vaxtı çoxdan çatıb. Böyük layihələr haqda fikirləşməliyik. Xavini kluba qaytarmaq çox vacibdir. O, ciddi işlər üçün ən uyğun personadır. Mən prezident postunu tutsam və Xavi "Real"ın kapitanı Serxio Ramosu transfer etmək istəsə, istədiyini həyata keçirərəm".
Xatırladaq ki, "Barselona"nın sabiq prezidenti Xosep Bartomeu klubdakı problemlər üzündən ötən ayın sonlarında istefaya göndərilib.
Fanat.Az