İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçirilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 16-22 noyabr aralığında 1530 nəfərdən koronavirus testi götürülüb və 8 nəfərdə virus olduğu aşkarlanıb.
Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 76-ya çatıb.
Qeyd edək ki, koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.
Fanat.Az