"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne "şəhərlilər"lə müqavilə yeniləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todo Fichajes" yayıb.
Mənbə tərəflərin razılığa gəldiyini və indiki anlaşması 2023-cü ildə bitəcək De Bröynenin müqaviləsinin müddətini daha iki illiyə uzadacağını bildirib.
Qeyd edək ki, ötən mövsüm 20 məhsuldar ötürmə ilə "Arsenal"ın sabiq ulduzu Tyerri Anrinin Premyer Liqa rekordunu yeniləyən Kevin cari "futbol ili"ndə bütün turnirlər daxil olmaqla 11 oyuna çıxıb. Bu matçlarda 1 qol vuran yarımmüdafiəçi 7 dəfə assistentlik məharətini göstərməyə imkan tapıb.
Fanat.Az