Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand Çempionlar Liqasının 4-cü turunda keçirilən görüşdə - "Brügge" ilə oyunda komandasının 4:0 hesablı darmadağınına dublla töhfə verib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı norveçli ÇL-də çıxdığı 12 qarşılaşmada 16 qol vurmağa imkan tapıb.
Beləliklə o, tarixi ilkə imza atıb. İndiyədək ÇL tarixində heç bir futbolçu bu sayda oyunda 15 qol həddini keçə bilməmişdi. PSV və "Mançester Yunayted"dəki çıxışıyla daha çox yadda qalan sabiq forvard Rud van Nistelroy 19 matçda 15 top vurmağı bacarmışdısa, Roberto Soldado ("Valesniya") və "Harri Keynə ("Tottenhem") 20-ci ÇL görüşündə bu sayda qola sevinmək qismət olmuşdu.
Maraq üçün qeyd edək ki, dünya ulduzlarından Kriştianu Ronaldu 51-ci, Lionel Messi 29-cu, Robert Levandovski isə ÇL-dəki 25-ci oyununda 15 qol həddinə çatmışdı.
Fanat.Az