Bu gün dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
Sabiq hücumçu 60 yaşında yaşamla vidalaşıb. O, infarkt nəticəsində dünyasını dəyişib. Qəfil ürəyi dayanan superveteran xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsi heç bir nəticə verməyib.
Qeyd edək ki, son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubunun əsas komandasını çalışdıran Maradona bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.
Fanat.Az