"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyənin "Sivasspor" komandasında 4 nəfər koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" hesabında məlumat yayılıb.
Xəbərə görə, ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləri olan şəxslər dərhal karantinə alınıb. Daha əvvəl bölgə təmsilçisində bir neçə oyunçunun testi müsbət olub.
Qeyd edək ki. "Sivasspor" V turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ" III və IV turda "Sivasspor"a müvafiq olaraq 0:2 və 2:3 hesabları ilə uduzub.
Fanat.Az