"Ayaks” futbolçusu Nikolas Talyafiko ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı Niderland klubunun rəsmi saytı yayıb.
28 yaşlı müdafiəçi yeni müqaviləyə əsasən 2023-cü ilin yayınadək Amsterdam təmsilçisində top qovacaq. Onun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər idi.
Qeyd edək ki, argentinalı Talyafiko "Ayaks”a 2018-ci ildə ölkəsinin "İndependyente” klubundan transfer olunub. Argentina yığmasının üzvü paytaxt klubunda 111 rəsmi oyuna çıxıb, 12 qol vurub.
Fanat.Az