İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, tur London derbisinə səhnə olub. Bu mövsüm olduqca iddialı görünən "Tottenhem" "Arsenal"ı qəbul edib. Joze Mourinyunun komandası 2:0 hesablı qələbəyə sevinib.
"Tottenhem" - "Arsenal" - 2:0
Qollar: Son Hın min, 13, Harri Keyn, 45+1
Bu qələbə ilə xallarını 24-ə çatdıran "Tottenhem" turnir cədvəlinin lideridir. "Çelsi" 22 xalla 2-ci, "Lester" 21 xalla 3-cüdür. "Arsenal" isə 13 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.Az