"Yuventus"un hücumçusu Paulo Dibalanın təmsilçiləri onun xidmətini İngiltərənin 6 klubuna təklif ediblər.
Fanat.Az xəbər verir ki, informasiyanı "90 min" yayıb.
Futbolçunun xidmətinin təklif edildiyi İngiltərə klublarının siyahısı belədir: "Mançester Yunayted", "Çelsi", "Tottenhem", "Liverpul", "Mançester Siti" və "Arsenal".
Turin təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ildə bitəcək Dibala gələn il komandasını dəyişmək istəyir. Maaş məsələsindəki fikir ayrılığı üzündən "Yuve" ilə razılığa gələ bilməyən argentinalı az oynamasından da şikayətçidir.
Bu mövsüm A Seriyasında 6 oyuna çıxan Paulo heç nə ilə yadda qalmayıbsa, Çempionlar Liqasında keçirdiyi 4 görüşdə 1 qol vurub.
Fanat.Az