Britaniyanın "FourFourTwo" nəşri ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, nüfuzlu nəşrin 101 ölkəni təmsil edən eyni sayda jurnalist arasında apardığı sorğuya əsasən Robert Levandovski bütün rəqiblərini qabaqlayıb.
Polşa millisinin və "Bavariya"nın forvardı 87 səs toplayıb.
Ötən mövsüm "Bavariya" ilə Almaniya çempionu və ölkə kubokunun qalibi olan Levandovski Çempionlar Liqası kubokunu da başı üzərinə qaldırıb. Bundan başqa, Münhen təmsilçisinin hücumçusu UEFA Superkubokunda da zəfər sevinci yaşayıb.
Robert 2019/20 mövsümündə Bundesliqada çıxdığı 31 oyuna 34 qol vurubsa, Almaniya Kubokunda 5 görüşə 6 qol sevinci yaşayıb. Polşalı oyunçu ÇL-də 10 qarşılaşmada forma geyinib və 15 dəfə rəqib qapıçıları cəzalandırıb.
Fanat.Az