Çempionlar Liqasının qrup mərhələsinin VI turunda PSJ - "Başakşəhər" oyunu 14-cü dəqiqədə dayandırılıb.
Fanat.Az xəbər verir ki, buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Baş verənlərdən sonra referi Ovidiu Hatseqanın ayrıseçkiliyə məruz qalmış 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovması aranı sakitləşdirməyib. Yolverilməz ifadəyə görə baş məşqçi Okan Buruk Türkiyə komandasını meydandan çıxarıb. Demba Ba da öz növbəsində dördüncü hakimə yaxınlaşaraq iradlarını bildirib.
Bir qədər sonra UEFA rəsmi saytı vasitəsi ilə matçın qaldığı yerdən davam etdiriləcəyini bildirib.
Fanat.Az