21 yaşadək futbolçulardan ibarət millimizin sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” Rusiya Premyer Liqasında 18-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, onun komandası doğma meydanda Tula "Arsenal”ı ilə qarşılaşıb.
Kamranın ehtiyatda qaldığı görüşdə "Ximki" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 18 turdan sonra 22 xalı olan "Ximki” 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.Az