İtaliya Futbol Federasiyası "Yuventus”un futbolçusu Alvaro Morataya verilən cəzanı azaldıb.
Fanat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, daha əvvəl 2 oyunluq cəzalandırılan ispan hücumçunun diskvalifikasiya müddəti 1 oyuna salınıb.
Xatırladaq ki, Morata A Seriyasının 9-cu turu çərçivəsində keçirilən "Benevento” – "Yuventus” matçının 90+7-ci dəqiqəsində qeyri-etik davranışa görə meydandan qovulmuşdu. Görüş 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki,"Yuventus” növbəti oyununu dekabrın 13-də "Cenoa”ya qarşı keçirəcək.
Fanat.az