"Qalatasaray" qış fasiləsində heyətinə yeni hücumçu qatmaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, İstanbul klubu tez-tez zədələnən Radamel Falkaonun yerinə Norveç çempionatında bütün diqqətləri öz üzərinə çəkən Kasper Junkeri transfer etmək niyyətindədi.
"Bodo/Qlimt"də çıxış edən 26 yaşlı danimarkalı forvardla artıq danışıqlar başlayıb. Məlumata görə, bir müddətdi "Qalatasaray"ın skautları - Necati Ateş ve Ümit Davala futbolçunu izləyərək baş məşqçi Fatih Terimə müsbət rəy veriblər.
Qeyd edək ki, Junker bu ilin yanvarında Danimarkanın "Horsens" klubundan "Bodo/Qlimt"ə 600 min avroya transfer olunub. Meydana çıxdığı 26 oyunda 28 qol vuran forvard 11 məhsuldar ötürmə edib. O, əvvəllər Danimarkanın "Randers", AGF və Norveçin "Stabaek" klublarında çıxış edib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol