Monteneqro millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Komandanı Miodraq Raduloviçin çalışdıracağı bildirilib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Monteneqro millisi sabiq baş məşqçisi Faruk Hacibegiçin rəhbərliyi altında ötən mövsüm UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol