Lionel Messi və Luis Suares yenidən eyni komandada oynaya bilər.
Fanat.Az "Catalunya" radiosuna istinadən xəbər verir ki, iki ulduz futbolçu 2022-ci ildə ABŞ-ın "İnter Mayami" klubunda birlikdə oynayacaq.
Messi "La Sexta"ya müsahibəsində MLS-də oynamaq arzusunun olduğunu etiraf etmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Suaresin isə "Atletiko" ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.
Messinin mövsümün sonunda Devid Bekhemin sahibi olduğu kluba transfer olunacağı iddia olunur. Suares isə 2022-ci ildə ABŞ-a üz tutacaq.
Qeyd edək ki, Messi və Suares "Barselona"da birlikdə oynayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol