İngiltərə Premyer Liqası yanvar ayından etibarən dayandırıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, liqa rəhbərliyi klublar arasında koronavirusa yoluxmanın qarşısı almaq üçün mövsümü iki həftəlik dayandırmağı planlaşdırır.
Yanvarda keçirilməsi planlaşdırılan İngiltərə Kubokunun üçüncü turunun oyunlarının da ləğv olunma ehtimalı var.
Qeyd edək ki, Premyer Liqada 18 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Bu isə mövsümün əvvəlindən bəri ən yüksək göstəricidir.
Daha əvvəl "Mançester Siti" klubunda 7 şəxsdə infeksiya aşkarlanıb və XVI turda "Everton"la matç təxirə salınıb. İngiltərədə Çempionşip komandalarının da bir neçə üzvü koronavirusa yoluxub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol