Argentina millisinin və İspaniyanın "Valensiya" klubunun sabiq futbolçusu Fernando Kaseres xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 52 yaşlı veteran müdafiəçi komaya düşüb. Kaseresin hansı səbəbdən bu problemlə üzləşdiyi açıqlanmayıb.
Kaseres, 2009-cu ildə Argentinada başından güllə yarası almış və 8 həftə komada qalmışdı. Futbolçunun səhhəti sonradan yaxşılaşmışdı.
Qeyd edək ki, İspaniyada "Selta"nın da formasını geyinmiş Fernando Kaseres 2007-ci ildə futbolçu karyerasını başa vurub.
Fanat.Az