"Mançester Yunayted" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliyanın "Atalanta" klubundan Amad Diallonu transfer edib.
Mançester təmsilçisi kotdivuarlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalayıb. Sözləşmə başa çatdıqdan sonra müddəti daha 1 il müddətinə uzadıla bilər.
Məlumata görə, transfer "Mançester Yunayted"ə 21 milyon avroya başa gəlib.
Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə "Atalanta"nın heyətində 2 oyun keçirib. Onun transfer qiyməti 15 milyon avrodur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol