"Neftçi" və "Kəpəz"in sabiq futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.
Fanat.az xəbər verir ki, 30 yaşlı vinger karyerasını Vyetnamda davam etdirəcək. Braziliyalı oyunçu "Hoşimin" klubu ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Dario Frederiko 2018-ci ildə və 2019/20 mövsümündə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Kəpəz"in də (2008) şərəfini qoruyub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol