Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubuna transfer qadağası qoyula bilər.
Fanat.Az xəbər verir ki, buna səbəb Birinci Liqa təmsilçisinin sabiq futbolçularına olan borcudu. Adı açıqlanmayan oyunçuların Türkiyə Futbol Federasiyasına şikayətindən sonra kluba sanksiya tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, Araz Abdullayev 2020-ci ilin sentyabrında "Boluspor"la 1+1 illik müqavilə imzalayıb. O, cari mövsümdə 11 oyuna çıxıb və 520 dəqiqə oynayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol