"Çelsi"nin baş məşqçisi Frenk Lempard istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə "The Guardian" nəşrinə danışıb.
O, açıqlamasında şayiələrə fikir vermədiyini söyləyib: "Nədənsə qorxsaydım, indi baş məşqçi yox, teleekspert işləyərdim. Yaxud da başqa işlə məşğul olardım. Uduzmağı xoşlamıram. İnandığım işi görürəm. Futbolçu karyeramda olduğu kimi, indi də uğur qazanmaq üçün əlimdən gələni edirəm".
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 17 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol