"Qalatasaray"ın baş məşqçisi Fatih Terim transfer siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "İmperator" bu barədə ötən axşam "Gənclərbirliyi"ni 6:0 hesabı ilə yendikləri matçdan sonra açıqlama verib.
"Rəhbərliyimizin əlindən gələni edəcəyinə inanıram. Hətta əllərindən gələnin artığını etmələrini istəyirəm. Transfer siyahımıza İrfan Can Kahveci, Henri Onyekuru, Mustafa Məhəmməd və Edin Viska daxildi" deyə Terim bildirib.
Qeyd edək ki, İrfan Can Kahveci və Edin Viska Türkiyənin "Başakşəhər", Henri Onyekuru Fransanın "Monako", Mustafa Məhəmməd isə Misirin "Zamalek" klublarında çıxış edir.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol