"Yuventus” hücumçusu Kriştianu Ronaldu rəsmi matçlarda qolların sayına görə rekordu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı buna ötən gün İtaliya çempionatında "Sassuolo”ya qarşı qələbə matçında (3:1) vurduğu qol ilə nail olub.
35 yaşlı futbolçunun bu qolu klub və yığmadakı karyerasında 759-cu olub. Bu sayda rekorda daha əvvəl Avstriya və keçmiş Çexoslovakiya yığmalarının hücumçusu Yozef Biçan 1950-ci illərdə imza atıb.
Daha əvvəl Ronaldu qolların sayına Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol