"Qəbələ”nin sabiq futbolçusu İviça Juniç karyerasını Rumıniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi "Rapid”lə 1.5 illik müqavilə imzalayıb.
Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, xorvatiyalı futbolçu 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər "Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın ÇFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.
Fanat.Az