"Fiorentina"nın baş məşqçisi Çezare Prandelli Moskva "Spartak"ının hücumçusu Aleksandr Kokorinin transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "Firenze Viola" çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Onun gəlişini və müqaviləyə imza atmasını gözləyirik. Yalnız bundan sonra Kokorinlə söhbət etmək imkanımız olacaq".
Bir neçə gün öncə ruslarla italyanların bu keçidlə bağlı razılığa gəldiyi məlum olub. Florensiyalılar Rusiya klubuna təxminən 5 milyon avro ödəyəcək. 29 yaşlı forvard 1,7 milyon avroya yaxın əməkhaqqı alacaq.
Əvvəlki klubu "Zenit" olan Kokorin "Spartak"a ötən il azad agent qismində keçib. Bu mövsüm Rusiya Premyer Liqasında 8 matça çıxan hücumçu hər ikisi penaltidən olmaqla, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az