Rafael Varan "Real"dan ayırılır.
Fanat.Az sport.es-ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədi.
Fransalı oyunçunun "Kral Klubu" ilə müqaviləsi 2022-ci ilin iyulunda başa çatır. Varan bu yay başqa komandaya keçsə, paytaxt klubuna əlavə gəlir gətirə bilər.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real"ın formasını geyinir. O, cari mövsüm 24 matçda meydana çıxıb. Müdafiəçi 2018-ci ildə Fransa yığması ilə Rusiyada keçirilmiş dünya çempionatının qalib olub.