"Ayntraxt"ın köhnə-yeni hücumçusu Luka Yoviç icarə əsasında formasını geyindiyi sabiq klubunun saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Real"da çıxdığı 32 oyuna cəmi 2 top vuran və bu ay Bundesliqa təmsilçisinə qayıdan forvard belə danışıb:
"Ayntraxt"da xoşbəxtəm və özümü əla hiss edirəm. Əhvalımın yaxşı olması meydandakı oyunuma da təsir edir. Geri qayıtmağı çox arzulayırdım. Bu mövsüm böyük uğurlara imza ata bilərik. "Real"da bəxtim gətirmədi. Zədələr mənə çox mane oldu. Əlbəttə, dünyanın ən yaxşı oyunçuları ilə məşq etməyin xeyrimə olduğunu düşünürəm. İndi daha təcrübəliyəm. "Real"da vəziyyət başqadır. İspaniya nəhəngində gərginlik, davamlı təzyiq qaçılmazdır. Vəziyyətə uyğun addım atmağın xeyrimə olacağına inanıram. Daha yaxşı qayıtmaq üçün bir addım geri atmalı, yenidən başlamalıydım".
Fanat.Az