"Mançester Yunayted" Odion İqalo ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. O, müqavilə ilə məxsus olduğu Çin klubu "Şanxay Şenhua"ya qayıdıb.
İqalo ötən ilin yanvarında icarə əsasında Mançester təmsilçisinə keçmişdi. O, İngiltərə klubunda meydana çıxdığı 23 oyunda 5 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Fanat.Az