Niderland millisinin sabiq futbolçusu İbrahim Afellay peşəkar karyerasını bitirməklə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə 35 yaşlı veteran yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib. O, futbolda istədiyi hər şeyə nail ola bilmədiyini söyləyib: "Amma buna sakit yanaşıram. Həmişə bilirsən ki, bu an gec-tez yetişəcək".
Ölkəsinin PSV klubunun yetirməsi olan niderlandlı futbolçu 2010-cu ildə İspaniya "Barselona"sına keçib. Daha sonra Almaniyada "Şalke 04", Yunanıstanda "Olimpiakos" və İngiltərədə "Stok Siti"nin formasını geyinən Afellay 2007 - 2016-cı illərdə yığmaya çağırılıb.
Fanat.Az