İngiltərənin "Liverpul” klubu daha bir futbolçusunu uzun müddətə itirib.
Fanat.Az xəbər verir ki, Vircil van Deyk və Co Qomesdən sonra digər mərkəz müdafiəçisi Joel Matip də uzun müddət komandadan uzaq qalmalı olacaq.
Premyer Liqanın XX turunda "Tottenhem”lə matçda zədələnən 30 yaşlı oyunçu tibbi müayinədən keçib. Baş məşqçi Yurgen Klopp Kamerun millisinin sabiq üzvünün durumunun ciddi olduğunu və mövsümü başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, "Liverpul” hazırda 40 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşır.