UEFA "Ayaks” klubunun qapıçısı Andre Onananı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı oyunçu antidopinq qaydalarını pozub. Bu səbəbdən UEFA qapıçını bir illik diskvalifikasiya edib. Bu cəza həm klub, həm də milli yarışlara şamil olunub.
Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Onana 2016-cı ildən "Ayaks”da idi. Qapıçı Kamerun millisinin də üzvüdür.
Fanat.Az