"Milan"ın futbolçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, isveçli hücumçu bu uğura A Seriyasının XXI turunun "Krotone" ilə ev oyununda nail olub. 40 yaşlı forvard 31-ci dəqiqədə fərqlənib. 64-cü dəqiqədə daha bir qol vuran İbrahimoviç komandasının rəqib üzərində 4:0 hesablı qələbə qazanmasında əsas pay sahiblərindən olub
Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"dan başqa, ölkəsində "Malmö", Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", Fransa PSJ, İngilətərədə "Mançester Yunayted" və ABŞ-da "Los-Anceles Qelaksi" klublarının da formasını geyinib.