Türkiyənin "Konyaspor" komandasının baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 2020-ci ilin sentyabrından kluba başçılıq edən 60 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, son turda səfərdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Konyaspor" 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.Az