İtaliya Kubokunun yarımfinalında "Yuventus"la "İnter" qarşılaşıb və görüş 0:0 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 hesablı qələbə qazanan Turin klubu finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, görüşdən sonra "Yuventus"un prezidenti Andrea Agnelli ilə "İnter"in baş məşqçisi Antonio Konte arasında gərginlik yaranıb.
İtaliya mətbuatının məlumatına görə, prezidentlə rəqib baş məşqçi oyunboyu mübahisə edib. Görüşdən sonra isə Agnelli Konteyə "Kəs səsini, pislik" deyib. Baş məşqçi isə əvəzində ona əli ilə qeyri-etik jest göstərib.
Oyundan sonra baş verənlərlə bağlı danışan Konte "Fikrimcə, matç ərzində baş verənləri 4-cü hakim eşitdi. Onlar daha kübar olmalı, etik davranmalı və işini görən insanlara hörmətlə yanaşmalıdılar" deyib.
Qeyd edək ki, Konte 1991-2004-cü illərdə "Yuventus"da çıxış edib, 2011-2014-cü illərdə komandanı çalışdırıb. Futbolçu kimi Turin klubunda 15 kubok qazanan mütəxəssis baş məşqçi olaraq 3 dəfə A Seriyasının, 2 dəfə ölkə kubokunun qalibi olub. Andrea Agnelli ilə Antonio Konte arasında dostluq münasibətləri var idi.