"Mançester Siti” və "Barselona”nın sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı ulduz veteran bundan sonra Ukraynanın "Olimpik” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
Bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Turenin futbolçu kimi son olaraq Çin təmsilçisi "Çindao Haynyu”nun formasını geyinib.
Fanat.Az