"Fənərbağça”nın əsas komandasının koordinatoru Selçuk Şahin cəzalanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Buna səbəb Selçukun Super Liqanın 24-cü turu çərçivəsində baş tutan "Qalatasaray”la ev oyununda hakimlər otağına gedərək qaydalara zidd davranışlar etməsidir. TFF-nin cəzasına əsasən, o, 3 ay rəsmi oyunlarda komandaya kömək edə bilməyəcək. Bundan əlavə, Şahin 24 min TL cərimə də ödəyəcək.
Qeyd edək ki, "Fənərbağça” "Qalatasaray”la oyunda 0:1 hesabıyla məğlub olub.
Fanat.Az