Çili millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komanda uruqvaylı məşqçi Martin Lasarteyə həvalə olunub.
60 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Milli komanda final mərhələsinə vəsiqə qazansa, baş məşqçi ilə sözləşmənin müddəti avtomatik olaraq uzadılacaq.
Qeyd edək ki, Martin Lasarte bu vəzifədə Reynaldo Ruedanı əvəzləyib. Uruqvaylı məşqçi son olaraq 2018/19 mövsümündə "Əl-Əhli”ni çalışdırıb.
Fanat.Az