Bir neçə gün əvvəl Argentina klubu "Defensa və Xustisiya"dan ayrılan Ernan Kresponun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis Braziliyanın "San-Paulu" kollektivinə baş məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb. Argentinalı bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.
Krespo daha əvvəl İtaliyada "Parma" və "Modena", həmçinin ölkəsində "Banfild"in gənclər komandasına da başçılıq edib.
Fanat.Az